Astana şəhərində Türk Akademiyasının prezidenti, akademik Şahin Mustafayev ilə Azərbaycanın Qazaxıstandakı fövqəladə və səlahiyyətli səfiri Ağalar Atamoğlanov arasında görüş keçirilib.
KONKRET.az-ın Mərkəzi Asiya ölkələri üzrə bürosunun verdiyi xəbərə görə, görüş çərçivəsində Akademiya tərəfindən səfirliyə “Vətən müharibəsinin tarixi. Şəxsiyyət amili (27 sentyabr – 10 noyabr 2020-ci il)” adlı kitabın qazax dilində nəşri hədiyyə edilib. Nəşrdə Azərbaycanın tarixi qələbəsinin geosiyasi nəticələri, eləcə də Prezident İlham Əliyevin rəhbərliyi ilə Qarabağ bölgəsində həyata keçirilən postmüharibə dövrünə dair sosial-iqtisadi bərpa və inkişaf strategiyası geniş şəkildə işıqlandırılıb.