News → Events

BEYNƏLXALQ TÜRK AKADEMİYASI ELMI LAYİHƏLƏRİNİ TƏQDİM EDİB

İstanbul, 5 iyun, AZƏRTAC

İyunun 5-də Türkiyənin İstanbul şəhərində İslam Tarixi, İncəsənəti və Mədəniyyəti Araşdırma Mərkəzində (IRCICA) Beynəlxalq Türk Akademiyasının təşkil etdiyi elmi-mədəni tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə akademiyanın prezidenti, akademik Şahin Mustafayev, IRCICA-nın baş direktoru, professor Mahmud Erol Kılıç, Qazaxıstanın Türkiyədəki baş konsulu Amankul Nuridin, Türk Dövlətləri Təşkilatı yanında Türkiyənin daimi nümayəndəsi, səfir Ufuk Ekici, Macarıstanın diplomatik missiyasının nümayəndəsi Peter Szanto, eləcə də Türkiyənin elmi-tədqiqat və akademik ictimaiyyətinin nümayəndələri, alimlər və tədqiqatçılar iştirak ediblər.