News → Events

QAZAXISTANDA TÜRK DÜNYASI İLƏ BAĞLI BEYNƏLXALQ SİMPOZİUM KEÇİRİLİB

Mayın 21-də Qazaxıstanın Almatı şəhərində “I Bakı Türkoloji Qurultayının İrsi və XXI Əsrdə Türk Dünyası” adlı beynəlxalq elmi simpozium öz işinə başlayıb. Tədbir türk xalqlarının elmi inkişafında mühüm mərhələ hesab olunan tarixi “ I Bakı Türkoloji Qurultayı” nın 100 illiyinə həsr edilib.

KONKRET.az-ın Mərkəzi Asiya ölkələri üzrə bürosunun verdiyi xəbərə görə, beynəlxalq tədbir Türk Akademiyasının təşəbbüsü ilə TÜRKSOY, Türk Mədəniyyəti və İrsi Fondu, Türk Dil Qurumu, Əl-Fərabi adına Qazax Milli Universiteti və Bakı Dövlət Universitetinin birgə təşkilatçılığı ilə keçirilir.