Beynəlxalq Türk Akademiyasının və Monqolustan Elmlər Akademiyasının Arxeologiya İnstitutunun təşkilatçılığı ilə Ulan-Batordakı Nomqon-2 Memorial Kompleksində aşkarlanan bitig daşının aşağı hissəsinin təqdimatı olub.
AZƏRTAC xəbər verir ki, tədbirdə Beynəlxalq Türk Akademiyasının prezidenti akademik Şahin Mustafayev, Monqolustan Elmlər Akademiyasının prezidenti Dugerin Regdel, Qazaxıstanın Ulan-Batordakı səfiri Qabit Koyşıbayev, Türkiyənin Ulan-Batordakı səfirliyinin müvəqqəti işlər vəkili Əli Səid Serdengeçti, eləcə də diplomatik missiyalarının nümayəndələri iştirak ediblər.