Türk dövlətləri və xalqları arasında bütün sahələrdə güclənən və yeni perspektivləri açılan inteqrasiya prosesi elm, təhsil, texnologiya sahəsində də səmərəli əməkdaşlığı zəruri edir. Bu mənada Türk dünyasının elmi tədqiqatlar mərkəzinə çevrilən Türk Akademiyasının fəaliyyəti xüsusi əhəmiyyət kəsb edir. Mərkəzi Qazaxıstan Respublikasının paytaxtı Astana şəhərində yerləşən və Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyənin üzv olduğu Türk Akademiyası mühüm elmi layihələrin sırasına yenilərini əlavə edərək fəaliyyətini uğurla davam etdirir. Yola salmaqda olduğumuz bu ildə də 30-dan çox böyük layihə həyata keçirən Akademiya, elmi nəşrlərinin sayını da əhəmiyyətli dərəcədə artırıb. Beynəlxalq səviyyədə elmi konfranslar təşkil edən bu qurum, türk tarixinə işıq tutacaq arxeoloji qazıntılara və bir çox elmi layihələrə də dəstək verməkdədir. Türk dövlətlərinin iqtisadi əməkdaşlıq potensialı, qida və su təhlükəsizliyi ilə bağlı mövzular Akademiyanın yeni tədqiqat istiqamətlərini təşkil edir.
News → Mass media
Türk Akademiyası türk dünyasının elmi tədqiqatlar mərkəzinə çevrilir
16.12.2024