Bakı, 21 aprel,AZƏRTAC
Prezident İlham Əliyev tərəfindən Azərbaycanın xarici siyasətinin prioritetlərinin müəyyən edilməsi zamanı Türk dünyasının gücləndirilməsi və türk dövlətləri ilə əlaqələrin inkişafı əsas istiqamətlərdən biri kimi müəyyən edilib. Türk Dövlətləri Təşkilatının himayəsində yaradılan Beynəlxalq Türk Akademiyası tərəfindən "Türk Dünyası 2040 Vizyonu" sənədində göstərilən hədəflərə uyğun olaraq üzv ölkələr arasında hər il “Türk Barometri” adlı genişmiqyaslı beynəlxalq tədqiqat həyata keçirilir. Bu tədqiqatın Azərbaycan üzrə icraçısı Sosial Tədqiqatlar Mərkəzidir.