Xalq gәzeti - Türk Akademiyası və İAM arasında İstanbulda əməkdaşlıq protokolu imzalandı
Astanadaki Türk Akademiyanın (TA) prezidenti, akademik Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti İstanbuldakı İslam Araşdırmaları Mərkəzində (İAM) olub, mərkəzin prezidenti, professor Murtaza Bedir ilə görüşüb.
TA mətbuat xidmətinin yaydığı məlumata görə danışıqlar zamanı tərəflər elmi əməkdaşlığın inkişaf etdirilməsi, birgə tədqiqat layihələrinin həyata keçirilməsi, türk xalqlarının ortaq tarixi və mədəni irsinin qorunması və təşviqi perspektivlərini müzakirə olunub.