Atalar mirası → Encyclopedia

Türk Akademiyasının prezidenti Şahin Mustafayev Azərbaycanın Qazaxıstandakı səfiri Ağalar Atamoğlanovla görüşdü

Astana şəhərində Türk Akademiyasının prezidenti, akademik Şahin Mustafayev ilə Azərbaycanın Qazaxıstandakı fövqəladə və səlahiyyətli səfiri Ağalar Atamoğlanov arasında görüş keçirilib.

KONKRET.az-ın Mərkəzi Asiya ölkələri üzrə bürosunun verdiyi xəbərə görə, görüş çərçivəsində Akademiya tərəfindən səfirliyə “Vətən müharibəsinin tarixi. Şəxsiyyət amili (27 sentyabr – 10 noyabr 2020-ci il)” adlı kitabın qazax dilində nəşri hədiyyə edilib. Nəşrdə Azərbaycanın tarixi qələbəsinin geosiyasi nəticələri, eləcə də Prezident İlham Əliyevin rəhbərliyi ilə Qarabağ bölgəsində həyata keçirilən postmüharibə dövrünə dair sosial-iqtisadi bərpa və inkişaf strategiyası geniş şəkildə işıqlandırılıb.