NEWS

YÜZİLLİK İDEYANIN XXI ƏSR REALLIĞI: BAKI TÜRKOLOJİ QURULTAYINDAN ORTAQ TÜRK ƏLİFBASINA

İstanbul, 2 iyun, AZƏRTAC

İyunun 2-də İstanbulda “1926-cı il Bakı Türkoloji Qurultayının baxışı və Beynəlxalq Türk Akademiyası” mövzusunda elmi-mədəni tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, Beynəlxalq Türk Akademiyası və Türkiyənin Mərmərə Universitetinin əməkdaşlığı ilə keçirilən tədbir XX əsrin əvvəllərində Türk dünyasının aparıcı ziyalılarını bir araya gətirmiş tarixi forum barədə beynəlxalq akademik görüşlər və elmi müzakirələr silsiləsinin davamıdır.