Aprelin 23-də Azərbaycanda Atatürk Mərkəzində görkəmli qazax yazıçısı Muxtar Auezovun Beynəlxalq Türk Akademiyası tərəfindən nəşr olunan “Abay” kitabının təqdimatı olub.
525.az xəbər verir ki, Atatürk Mərkəzi və Beynəlxalq Türk Akademiyasının birgə təşkilatçılığı ilə keçirilən təqdimatda Milli Məclisin deputatları, elmi ictimaiyyətin nümayəndələri, QHT və media təmsilçiləri iştirak ediblər.