News → Mass media

Beynəlxalq Türk Akademiyası ilə Polşanın elmi qurumları arasında əlaqələr genişləndiriləcək

Bakı, 2 iyun, AZƏRTAC

Beynəlxalq Türk Akademiyasının (BTA) prezidenti, akademik Şahin Mustafayev Krakova səfəri çərçivəsində Polşa Elmlər Akademiyasının Krakov bölməsinin vitse-prezidenti və Prezident Şurasının üzvü, professor Nazzi Stanislav ilə görüşüb.