News → Mass media

Türk-monqol arxeoloqlarının yeni kəşfi: xaqanlıq dövrünə aid nadir yazılı abidə

Türk Akademiyasından AZƏRTAC-a verilən məlumata görə, 2022-ci ildə Nomqon-2 abidəsində aparılan ekspedisiya zamanı digər mühüm tarixi artefaktlarla yanaşı, üzərində qədim türk və soqd əlifbası ilə yazılmış daş stelanın yuxarı hissəsi aşkar edilib. Yazıların deşifrə olunması nəticəsində qədim türk əlifbası ilə yazılmış 12 sətir ("Qutluq Xaqan Türk... Tenqri oğlu...") və soqdca yazılmış 6 sətir ("Qutluq xaqan...") oxunub. Bu fakt arxeoloji abidənin xaqan memorial kompleksinə aid olduğunu söyləməyə elmi əsas verir.

https://azertag.az/xeber/turk_monqol_arxeoloqlarinin_yeni_kesfi_xaqanliq_dovrune_aid_nadir_yazili_abide-3370335